Ornament Sənətinin Növləri

 “Ornament” sözü bir çox Avropa xalqlarında işlədilir. Bəzən buna “dizayn” da deyilir. Şərq ölkələrində farsca “nigar”, “nəqş”, türkcə “bəzək”, “düzək” və s. adlarda işlənir. Ruslar isə bu sənətə “uzor” deyirlər.

 Ornamentin bir çox növləri var:

1. Həndəsi ornamentlər – kvadrat, üçbucaq, romb, dairə.

2. Zoomorf ornamentlər – quş, heyvan.

3. Antropomorf  ornamentlər – insan təsvirləri.

4. Astral ornamentlər – Ay, ulduz və s.

5. Nəbati ornamentlər–floral naxışlar. 

6. Emblem xarakterli ornamentlər.

7. Simvollar – simvolik xarakterli ornamentlər.

Ornamentlər bir qayda olaraq ya tək halda, ya sıra halında, ya da sadə və mürəkkəb kompozisiyada işlənirlər. 

Ornamentlərin işlənməsində bir-iki üsul tətbiq edilir. Onlar kəsik, və yaxud əyri xətlər çəkilərək, bədii tərtibatda ya simmetrik, ya da assimetrik yerləşdirilirlər. Ornamentlər həm statik, həm də dinamik ola bilər. Dinamik olması üçün ornamentlərin bir-birinin yanına düzülməsi kifayətdir, yəni bir elementin düz xətt boyunca təkrarı artıq ritm yaradır.