Nəbati motivlər

Nəbati motivlərdən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan incəsənətinin ayrı-ayrı sahələrində, saysız hesabsız nəbati ornamentlər mövcuddur. 

İlkin olaraq  gül-çiçək motivlərinə müraciət edək. Ümumiyyətlə, Azərbaycan incəsənətində güllər həm Allah, həm sevgi, həm də ulduzların obrazını özündə əks etdirmişdir. Orta əsr ədəbiyyatı və poeziyasında müəyyən hissləri və gözəli ifadə etmək üçün gül obrazına müraciət etmişdilər. Belə ki, şairlər sevgililərinin üzünün tərrənümü zamanı onu güllə müqayisə edirdilər. Məsələn: Vahid Təbrizi 

Sənin qızıl gülün, 
Sənin sərv ağacın.
Mənim qəlbimin rahatlığını oğurlamışdır.
Sənin sümbül çiçəyin,
Bənövşə üzərində açılmışdır.

Şair Həsən Qəznəvi öz sevgilisini gülə bənzədərək “Gül sevgilimin sifətidir.” demişdir.

İnsuri sərv ağacını qızıl rəsmlərlə bəzədilmiş qubbaya, bayram tonqalının alovunu isə zambaqla müqayisə edir. Səfəvi dövlətinin yaradıcısı Şah İsmail Xətai isə, öz sevgilisini sərvə bənzədir. Şah İsmayil öz “Dəhnamə” poemasında bahara “Bahariyyə” adlı bir fəsil həsr etmişdir. Orada çiçəklənmə dövründə olan bağ, yaşıl ağaclarla oxuyan quşlarla və açmış çiçəklərlə təsvir olunmuşdur. O, yazır:

Bülbül oxuyaraq yazı qarşılayır,
Gülməkdən nar parçalanıb.
Öz dişlərini göstərir.
Bənövşələr xoşbəxtlikdən məst olmuşdur
Həsrət dolu baxışlarla nərgizin gözləri yanır.

Azərbaycan təbiəti ornament sənətinə saysız hesabsız nəbati formalar vermişdir ki, bunlarda nəinki gül-çiçəklər, həm də meyvələr – nar, heyva, alma, armud, şaftalı, albalı, alça, ərik kimi ağaclar baharın çiçəkləmə və yaxud bar gətirmə dövründə təsvir olunublar.

Azərbaycan incəsənətində istər xalq arasında yaranan sənət əsərləri, istərsə də peşəkar rəssamlar, xalq sənətkarlarının yaratdığı nümunələrdə ən çox bağ-park gülləri: bənövşə, lalə, bağ zambağı , süsən, qərənfil və.s tətbiq edilmişdir. Bununla belə təbiətdən  köçürülən  nəbati ornamentlər mütləq sitilizəyə məruz qalır. Avropa rəssamlarının və ən çox uzaq şərq sənətkarlarında, gül, çiçək və nəbati ornamentlər fotoqrafik dəqiqliklə yerinə yetirilir. Lakin azərbaycanda bütün gül-çiçək motivləri dəyişdirilərək hər bir sənətkarın fantaziyası əsasında yaranır. 

Azərbaycan incəsənətində güllərin , çiçəklərin təsviri bir neçə üsulla verilir.

  1. Gülün kosmosdan gürünüşü.
  2. Gülün daxilini görməyə imkan yaradan köndələn kəsikdə görünüşü.
  3. Üçüncü görünüş isə təmamilə rəssamlıqdan uzaq olan , kəndlərdə yaşayan və mal-qara saxlayan, eyni zamanda xalça sənəti ilə məşğul olan tərəkəmələr arasında gül və çiçəklər həndəsi formalar yəni kəsik xətlərlə verilməklə bərabər həmdə giometrik formalar alır. 

 Beləliklə, Azərbaycan incəsənətində, zəngin floramızda mövqe tutan saysız-hesabsız çəmən çiçəkləri, bağça gülləri, ağacların hamısı Azərbaycan incəsənətinin bütün sahələrini bəzəyir. 

 Lakin bir daha bunu təkrar edirik ki, xalq ustalarının saysız-hesabsız nəbati ornamentləri sitilizə edilmiş şəkildə və həndəsi (kvadrat, düzbucaq, romb, üçbucaq) formalarda öz əksini tapırsa, peşəkar rəssam və sənətkarların əsərlərindəki gül-çiçək və ağacların görünüşü ya kosmosdan, ya da gülün, çiçəyin ortadan kəsiyi verilərək əks etdirilir. Yəni bu naxışlar rentgen üslubunda olduğu kimi daxili hissədən təzahür edir. Bu baxımdan müqasiyə etsək aşağıda təqdim olunan xalq ustalarının işlərini göstərmək mümkündür. məsələn: Azərbaycan incəsənətində müxtəlif kompazisiyalar var. Xalçalarda, tikmələrdə, memarlıqda, “əfşan” adlanan kompozisiyalardan geniş isdifadə olunur. 

Bu baxımdan Qarabağın “Baxçada güllər”, “Dibçəkdə güllər” və bir də “Tabağda güllər” kompazisiyasını göstərə bilərik.