Medalyon ornamentləri
Medalyon, Azərbaycan ornament sənətində mühüm yer tutan naxışlardan biridir və həmçinin geniş şəkildə dekorativ sənətdə istifadə olunur. Medalyon sözünün mənası ilə bağlı müxtəlif dillərdə fərqli ifadələr mövcuddur. Məsələn, Avropada medalyon, daxilinə kiçik şəkil qoyulan miniatür qadın boyun bəzəyini bildirir. Azərbaycan dilində bu naxış “göl” olaraq tanınır, rus dilində “rozetka” və fars dilində “türünç” adlanır.
Medalyon, əksər hallarda dairəvi, oval, rombvari və ya düzbucaq formalı bir şəkildə olur və bu naxışın mərkəzi bəzən xüsusi bir elementlə, məsələn, kainatı, cənnəti və ya günəşi simvolizə edən bir obrazla təmsil edilir. Bu baxımdan medalyonun simvolik mənası Azərbaycan xalq sənətində sakral bir məna daşıyır, çünki göy qübbəsi, kainat və ilahi aləmlə əlaqələndirilir.
Medalyonlar, ümumiyyətlə, kompozisiyanın mərkəzində mövqe tutur. Onun ətrafı müxtəlif dilikli naxışlarla, o cümlədən “islimi”, “bulud” ornamentləri ilə bəzənir. Bu elementlər medalyonun ətrafını əhatə edərək ümumi kompozisiyanı tamamlayır. Bir qayda olaraq medalyonun yuxarı və aşağı hissəsində “quppa” və “kətəbə” elementiyerləşdirilir. Bu da ümümi naxış salma sənətində o, cümlədən “Quran” əl yazma kitablarının tərtibatından başlayır. Başqa sözlə “medalyonlar” bir bəzək dekoru kimi zərgərlik, bədii metal və memarlıq sənətində də tətbiq edilir.
Medalyonlar həm də müxtəlif adlarla tanınırlar. Məsələn, “xonça”, “tabaq”, “məcməyi” və s. Bu müxtəlif adlar medalyonun müxtəlif sənət sahələrində və tətbiqlərdə necə istifadə olunduğuna işarə edir.



