“Ləçək-türünc” kompozisiyası

 Azərbaycan incəsənətində medalyonlu kompozisiyaların bir neçə növü vardır. Onlardan biri artıq izahatını verdiyimiz hər hansı bir xalça məcməyi, bardağın mərkəzində yerləşən dairəvi səkkizguşəli, altıguşəli, romb şəkilli böyük ölçülü medalyonlardır. Medalyonların aşağı və yuxarısında quppalar və kətəbə yerləşdirilir ki, bu iki element medalyonun möhkəm dayaqlılığını və monumentallığını təmin edir.  

Lakin elə kompozisiyalar var ki, ara sahənin mərkəzində böyük medalyon yerləşir və bu medalyonun ¼ hissəsi həmin kompozisiyanın künclərində yer alır. Belə kompozisiyalar Təbriz rəssamları arasında “Ləçək-türünc” adı ilə məhşurdur. Başqa sözlə, ləçək üçkünc formaya malik olub xalq arasında qadınların başlarına örtdükləri örtüyə deyilir. XVI əsrə aid Ərdəbildə toxunmuş Azərbaycanın ən mükəmməl xalılardan biri, Şeyx-Səfi xalısıdır ki, məhz “ləçək-türünc” kompozisiyası əsasında toxunmuşdur. Dünyada tayı bərabəri olmayan, XVI əsrdə Ərdəbildə toxunan bu nümunə artıq II əsrə yaxındır ki, Londonun Viktoria Albert Muzeyində ən nadir nümunə kimi şüşə altında saxlanılır.