İslimilər

 İslimi sözünün islam sözündən yaranması daha inanırıcıdır. Çünki, müsəlman ölkələrinin incəsənəti üçün bükülmüş yarpaq motivi ilə tamamlanan, budaqlanan “budaqlar ornamenti”ndən daha səciyyəvi olanı yoxdur. İslam incəsənətində bu elementin yaranması haqqında belə bir əfsanə də mövcuddur. Günlərin bir günü İmam Əli rəssamları yanına çağırıb deyir: “Rəsmdə canlı məxluqu təsvir etmək Allahla yarışa girmək deməkdir. O öz əli ilə əyilmiş budaqlarla çərçivəyə alınmış dairə çəkir ki, bu da İslimi forması imiş.”

Əslində şərq incəsənətində, Orta Asiya, Altayda yan görünüşlü yarpağın profil kompazisiyalarına hələ e.ə I minillikdən başlanmışdır.

Sadə İslimilər

Badamvari formaya malik İslimi ən əsas Azərbaycanda bədii metal, o cümlədən qızıl, gümüşdən və digər metallardan düzəldilən qadın bəzək əşyaları, silahların, həmçinin memarlıq və xalça çeşnilərində istifadə olunur. Bunlar profil görünüşləri ilə çox sadə və maraqlıdır. 

Qanadlı İslimilər

Qanadlı islimilər sadələrdən fərqli olaraq iki hissəyə ayrılır və sadəyə nisbətən yarpağın kənarlarında diliklər var. Eyni zamanda qanadların uclarında düyünlər var.

Haçalı İslimilər

Haçalı islimilər qanadlı islimilərə bənzəyir, lakin ona nisbətən daha mürəkkəb olur. Əlavə olaraq bantlarla bağlanmışdır. Əslində haçalı islimilər iki hissəyə bölünmüş ağac qanadına və yaxud da ağzını açmış heyvan rəsminə bənziyir. Bu islimilər dekorativ tətbiqi sənətinin bütün sahələrində, o cümlədən parça toxuma  sənətinin naxış tərtibatında istifadə edilir.

Butalı İslimilər

Butalı islimilər ən çox, relyefli naxışı olan memarlıq abidələrində o, cümlədən naxışlı fasad bəzəklərində isdifadə edilir. Azərbaycanda XI-XIII əsrə aid memarlıq abidələrində kifayət qədərdir. Butalı islimilərin üzərini bir qayda olaraq buta elementləri bəzəyir. Eyni zamanda butalı islimilər kitabların bədii qrafikasında, xalçaçılıqda və parça bəzəklərində də istifadə edilir.

Hörmə İslimilər

Hörmə islimilər öz formasına görə daha mürəkkəb görünüşə malikdir. Onun bütün kənarı qoşa  xəttlə tamamlanır. Sanki daxilində islimilər bir- birinə hörülüb. Məhz buna görə də hörmə islimi adlanır.

İslimibəndlik

İslimibəndlik dedikdə hər hansı biri isliminin, saysız-hesabsız formada kompozisiyalarda, ən əsası isə medalyon, kətəbə, quppa və.s yerlərdə yerləşdirilməsidir. Bir qayda olaraq islimilər bir-birinə spiral kompoziyaları vasitəsilə formalaşır. Məsələn, biz Bakı şəhərindəki XV-XVI əsrlərinə aid Şirvanşahlar sarayının qapı və portallarında islimibəndlik kompozisiyalarını görə bilərik.