Əjdaha və Simurq

Əjdaha və simurq bir rəsm kimi ən çox XV əsrdə meydana gəlmiş və dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində təsvir edilməyə başlamışdır. Onun tarixinin e.ə. daş dövründə yaranması məhz Zərdüştlük dünyagörüşü ilə əlaqədar olmuşdur. Zərdüşt daş dövründə yaşamış alim, münəccim və peyğəmbər kimi təsvir edilir. O, bütün bir cəmiyyəti bir növ bir yerə toplamağı bacaran bir şəxs olmuşdur. Onun fikrinə görə dünyada iki əsas amil var: biri xeyir, digəri isə şər. Xeyir qüvvə daim insanlara yaxşılıq etməyin tərəfdarı olur. Başqa sözlə O, yalnız xeyirxahlıqla məşğul olan bir İlahi idi.
Ahura Mazda” və ya digər adı “Hörmüzd” Zərdüştlük dinində ən böyük və ən əhəmiyyətli tanrıdır.
“Ahura Mazda” Zərdüştlükdə xeyir və işıq Tanrısının təmsilçisidir və bütün kainatın yaradıcı gücü olaraq qəbul edilir. Adı Fars dilində “Böyük Tanrı” mənasını verir.
“Angra Mainyu” və ya “Əhliman” Zərdüştlük dinində şər tanrısı və Pislik gücü olaraq tanınır. O, “Ahura Mazda” ilə qarşıdurmada qaranlıq və pislik qüvvələrinin simvoludur. Zərdüşt eyni zamanda yaratdığı təlimin peyğəmbəri hesab edilirdi.
• “Xeyir və Şərin Qarşıdurması: Zərdüştlükdə dünyada yaxşılıq (Ahura Mazda) və pislik (Angra Mainyu) arasında daimi mübarizə mövcuddur.
• Zərdüştə görə insanlar bu mübarizədə yaxşılığı seçməlidir.
• Əxlaq və Düzgün Həyat: İnsanlar düzgün düşünməli, yaxşı söz və əməllərlə yaşamalıdır. Həqiqət, ədalət və yaxşılıq prinsipləri ön planda olmalıdır.
• Azad İradə və Fərdi Seçim: İnsanlar öz azad iradələri ilə xeyir və şər arasında seçim etməli, əməllərinə görə məsuliyyət daşımalıdırlar. Bu prinsip bu günə qədər dəvam edir.
Teymuri dövrü rəssamları bunu əsas götürərək öz əsərlərində onların mübarizəsini bir simvol kimi daim əks etdirmişlər. Hətta bu iki obraz Azərbaycanda Qarabağın xalçaçılarının arasında yer tapmış və XV əsrdə bu mövzuya aid kiçik bir xalça toxumuşlar ki, bu xalça da dünyanın ən məhşur muzeylərindən olan Almaniyada Berlin şəhərində olan Berqamon Muzeyində xüsusi tempraturda ayrıca olaraq saxlanılır. Bu xalçanı görmək üçün həmin otaq 1 saatalıq olur.
Orta əsr Azərbaycan incəsənətində xeyir və şər, pis və yaxşı iki heyvanın simvolunu özündə, nağıllarda əks etdirir. Bunlardan Əjdaha şər qüvvələrin, Simurq isə xeyir qüvvələrin təmsilçisi kimi təsvir edilir. Bu baxımdan, orta əsr incəsənətində Simurq quşu ilə Əjdaha daim bir-biri ilə vuruşma səhnəsində öz görünür. Bildiyimiz kimi, Əjdaha ayaqları olan, çox başlı, çox ayaqlı ilan deməkdir. Onun ayaq və çox başları məhv olanda o, ilana çevrilir və qaranlıq dünyada yaşayır. Başqa sözlə, ilan iki dünyanın simvoludur: O, həm ölülər olan qaranlıq, həm də insanların yaşadığı işıqlı dünyada yaşaya bilir.
O ki qaldı Simurq, o da fantastik quşa verilən bir addır. O, daimi olaraq xeyirxah işlərlə məşğul olur və insanlara kömək edir. Bu baxımdan, xalq arasında geniş yayılan “Məlik Məmməd” nağılını yada salaq. Bu nağılda şahın üç oğlu, şah olan atalarının uzun ömür yaşaması üçün, əjdahanı qoruduğu bir ağacdan “dirilik” almasını qırıb gətirməli idilər. Onu gətirən isə şah olmalı imiş. Şahın üç oğlu bunun üçün yola düşüb həmin ağacı tapmalıymışlar ki, almanı atalarına gətirsinlər. Əjdaha bütün gün ağacın keçiyini çəkir, gecələr isə yatırmış. Ən kiçik oğul Məlik Məmməd yatmamaq üçün barmağını kəsir və yaraya duz basır ki, yatmasın. Almanı dərdikdən sonra qardaşları Məlik Məmmədin şah olacağını anlayırlar və onu quyuya atmaq qərarını verirlər. Beləliklə, Məlik Məmməd qaranlıq dünyaya düşür və qaranlıq dünyanın şahzadəsi ilə tanış olur.
Lakin burada bir problem var imiş ki, bu qaranlıq dünyada su yox idi. Əjdaha hər gün bir qız udub, qaranlıq dünyadakı camaata su verirmiş. Bu vaxt Məlik Məmməd qılıncla Əjdaha ilə vuruşur, onu məhv edir və çayın qabağı açılır, insanlara bol-bol su gəlir. Bundan sonra Məlik Məmməd sevgilisi ilə öz vətəninə qayıtmağı planlayırlar. Buradan yalnız Simurq quşunun belinə minib çıxmaq olarmış. Beləliklə, o qızı da götürüb, Simurq quşunun belinə minib yola düşürlər. Simurq quşu “qaa” deyəndə, quşun ağzına ət qoymaq lazım imiş və Məlik Məmməd, Simurq quşu hər “qaa” deyəndə, qol və qıçından kəsib quşa verirmiş. Beləliklə, onlar işıqlı dünyaya çıxıblar. XX əsrdə bütün uşaqlar bilirdilər ki, nağılın sonu necə bitib.




