Əfşan ornamentləri
Əfşan fars dilində səpələnən deməkdir . Güləfşan səpələnmiş güllər mənasını daşıyır. İran ərazisində ən çox yayılan məfhum isə “Zərəfşandır”. Mənası isə zərlə bəzənmək deməkdir. Məlum olduğu kimi “Zərəfşan”adı qadın adı kimi, bütün şərq aləmində geniş yayılmışdır.
Saysız-hesabsız kiçik, orta, bəzən də böyük ölçülü gül və çiçəklə bəzənən sənət əsərlərinə orta əsrlərdən bu günə kimi “Əfşan” naxışlı kompozisiyalar deyilir. “Əfşan” naxışları demək olar ki, dekorativ-tətbiqi sənətin bütün sahələrində, o cümlədən miniatürlərdə, kitab tərtibatında, keramik qabların bəzədilməsində, parça, tikmə sənətində və memarlığın divar-tavan bəzəklərində kifayət qədər geniş tətbiq edilmişdir.
Bir-birindən fərqli güllər və çiçəklər, o cümlədən bənövşə, zambaq, yasəmən, pionlar, süsən və müxtəlif qızılgüllərən çox spiralların qurtaracağında yerləşərək kompozisiyanı bəzəyir. Bir qayda olaraq, bu gül və çiçəklərin təsviri onların kosmosdan görünüşü, və ya gül çiçəklərinin sadədən tutmuş mürəkkəbə qədər ortadan kəsilmiş formasına əsaslanır. Gül-çiçəklərin təsviri bir qayda olaraq orta əsr Təbriz rəssam və nəqqaşları tərəfindən natural formada deyil, dəyişdirilmiş formada təsvir edilirdi.
Bütün bu adı çəkilən gül-çiçəklər bir qayda olaraq islimi, xətailərlə birləşərək spiralların üzərində təsvir edilirlər. Çox zaman kompozisiyada təsvir edilən müxtəlif ölçülü gül-çiçəklərin ətrafında bulud təsvirləri verilir ki, bu da səma təsəvvürü yaratmaqla bərabər, gül-çiçəklərində ulduzlarla əlaqəsi olması fikrini özündə əks etdirir. Səma təsəəvvürlü əfşan kompozisiyasına ən çox sıx gül-çiçəklər doldurulmuş naxışlara malik xalı təsvirinə XVI əsrdə Ərdəbildə toxunmuş “Şeyx-Səfi” adlı saray xalısında görmək olar. Bu xalı Londonda Viktoria Albert muzeyində yerləşdirilmişdir. Ölçüsü 56 kvadrat metrdir. O, Azərbaycan incəsənətinin ən nadir əsərlərindən biridir. Belə ki, dünya muzeylərində iki əsər şüşə altında saxlanılır. Onlardan biri Fransanın Luvr muzeyində İtaliyan rəssamı Leonardo da Vinçinin əsəri olan “Monna Lisa”, ikincisi isə Azərbaycanın nadir incilərindən olan XVI əsrə aid olan “Şeyx Səfi” xalısıdır.




