Astral ornamentlər

Çox güman ki, milyard il bundan öncə insanlar dünyaya, Yer kürəsinə və səmaya o qədər də yaxşı bələd olmadıqları üçün yağış, qar, külək, işıq, qaranlıq, ay, ulduz, günəş kimi fenomenləri daim izləyir və onları öyrənməyə çalışırdılar. Yer kürəsinin ilkin canlıları, heyvanlar, insanlar, quşlar və s. daim bu hadisələrin mənalarını bilmək istəyirdilər. Elə bu baxımdan da dünyada ulduz adlanan və səma cisimləri haqqında müəyyən fikirlər yürüdə bilən münəccimlər yaranmışdır ki, onlara da “Helio” biologiya deyilmişdir.
Məsələn, dünyada Kesyalkoviskinin həyatın beşiyi adlandırdığımız planetimizə yerdən kənar fiziki amillərin müxtəlif təsirlərini öyrənməyin zəruriliyinin insanlara ictimaiyyətin başa düşməsinə xeyli kömək etmişdir. Məsələn, All Çijevisky yazmışdır ki: “Yerin xarici siması və yeri zənginləşdirən həyat kosmik qüvvələrin təsiri nəticəsindədir”.

Ümumiyyətlə, 1957-ci ilin oktyabrında Sovet İttifaqı kosmosun fəth edilməsinin başlanğıcını qoymuşdur. Dünyada kosmos, ay, ulduz və s. ilk elmi axtarışları Teymur Ləngin nəvəsi Muhəmməd Taraqay Uluqbəy tərəfindən olmuşdur. O, ilk Özbək münəccimi idi. Gözəl təhsil alan Uluqbəy 15 yaşından etibarən Maveraünnəhırın (Maverāʾ al-Nahār) yanındakı Səmərqənddə yerləşən Sırr Çayında təhsil almış və ilk dəfə olaraq səmanın kataloqunu yaratmışdır. Onun sayəsində möhtəşəm bir abservatoriya tikilmişdir. O dövr üçün abservatoriya ən məşhur elmi alətlərlə təchiz olunmuşdur ki, onun adı “Sekstant Fəxri” idi və mərmərdən tikilmişdi. Onun radiusu səmada 40-dan 60 metrə qədər idi. Həmən bu alətlərin vasitəsilə astronomiya elmini dərindən öyrənən alimlər, başda Uluqbəy olmaqla, ekvatoru, ilin uzunluğunu, tropik hərəkətini öyrənmişlər.
Uluqbəyin ölümündən sonra (1449) onun işini 2015-ci ildən başlayaraq polyak astronomu Yanqevelili davam etdirmişdir. Həmin kitab yalnız 1968-ci ildə Daşkənddən çıxmışdır. Polyak və özbək dillərinə tərcümə edilmişdir.
Astral rəmzlər Günəşin, Ayın, ulduzların, planet və bürc nişanlarının təsvirləridir. Astral rəmzlərə, həmçinin svastika, spiral, daxilinə bərabər uclu xaç salınmış dairə və bəzi başqa təsvirlər aid edilir.
Astral rəmzlər qədim dövrlərdən bəri çoxsaylı qayaüstü rəsmlərdə, memarlıq qurğuları, məişət əşyaları, zərgərlik bəzəkləri, tətbiqi incəsənət məmulatları üzərində təsvir olunub. Azərbaycanın Qobustan və Gəmiqaya qaya massivlərindəki petroqliflər arasında təsadüf edilən külli miqdarda astral rəmzlər diqqəti daha çox cəlb edir. Qobustandakı 6000-dən artıq petroqlifin çox hissəsi neolit dövrünə, az hissəsi mezolit, tunc və sonrakı dövrlərə aiddir.
Tədqiqatçılar svastikanın astral əhəmiyyətini qeyd edirlər: “Bizim əcdadlarımız günəşin, ayın və ulduzların fırlanmasını belə təsvir edə bilirdilər” [A.Qadjieva]. Qobustan və Gəmiqaya petroqlifləri arasında burulğanvari və kəsişməli dairələr formasında astral nişanlara da təsadüf olunur. Abşeron yarımadasında, Ümidqaya adlanan ərazidə qayanın zirvəsində ulduz bürclərinin təsviri aşkar edilmişdir ki, onun da yanında astronomik cədvəl həkk olunmuşdur. Bu petroqliflər tunc dövrünün əvvəlinə aid edilir. Zoomorf rəmzlər içərisində astral “yükü” daha çox öküz təsvirləri daşıyır ki, bu da təkcə qədim dövrə yox, həm də orta əsrlərə aiddir. Bakının orta əsrlərdəki gerbi kimi dəyərləndirilən, İçərişəhərin şimal darvazasının üst hissəsindəki kompozisiyaya daxil edilmiş öküz başı təsvirinin timsalında bu, aydın nəzərə çarpır.

