Parçanın üzərindəki naxışlar ənənəvi bitki və çiçək motivlərini özündə cəmləşdirir

Bu geyim Azərbaycan milli geyim ənənələrinin ən incə nümunələrindən biridir. Qırmızı və tünd qırmızı çalarlarda hazırlanmış bu libas qədim Azərbaycan xanımlarının geyim üslubunu əks etdirir. Parçanın üzərindəki naxışlar ənənəvi bitki və çiçək motivlərini özündə cəmləşdirir. Bu da bolluq və bərəkət rəmzi hesab olunur. Qızılı tikmələr və bəzəklər geyimin dəbdəbəsini vurğulayır və saray üslubunu xatırladır. Tül və zərif məxmər kombinasiya olunaraq, geyimə həm zəriflik, həm də əsilzadəlik ruhu verib. 

 Bu cür geyimlər tarixən toy və bayram mərasimlərində xanımlar tərəfindən geyinilmişdir. Geyimin fonunda olan Şirvan xalçası isə milli elementlərin bir-birini tamamlamasına gözəl nümunədir. Geyimdə istifafə olunmuş imarət dəstləri geyimi daha da dəbdəbəli edir.