Buta ornamentləri Qədim Azərbaycan sənətində bolluq və bərəkətin simvoludur
Bu geyimin naxışları Azərbaycanın milli bəzək motivlərini əks etdirir. Buta ornamentləri Qədim Azərbaycan sənətində bolluq və bərəkətin simvoludur. Burada buta ilə yanaşı islimi, biçək, spiral ornamentləri də işlənmişdir. Bu geyimdə qədim el sənətimiz olan güləbətin, təkəlduz tikməkərindən də istifadə olunmuşdur. Zərli işləmələr taxt-tac libaslarını xatırladır və zərafəti vurğulayır. Məxmər parçanın ipək şifonla harmoniyası klassik və zərif tərzi birləşdirir.
Bu dizayn keçmişin izlərini müasir dəbə daşıyan gözəl nümunədir.
