Bitki və floral ornamentlər – bərəkət və firavanlığı simvolizə edir.

“Qarabağ” milli geyim kolkeksiyasından olan bu geyimin naxışları Qarabağ xalça motivlərindən bəhrələnərək ərsəyə gəlinib. Zərif qızılı və gümüşü işləmələr – ənənəvi Azərbaycan tikmə sənətinə əsaslanır. Bitki və floral ornamentlər – bərəkət və firavanlığı simvolizə edir. Simmetrik naxışlar – tarazlıq və harmoniyanı ifadə edir. Geyim həm klassik milli üslubu, həm də müasir dizayn incəliklərini özündə birləşdirir.