Geyimin üzərində muncuq, təbii daşlarla bitki və çiçək motivləri işlənmişdir
“Qarabağ” kolleksiyadından olan bu geyimin naxışları Azərbaycanın zərif tikmə sənətini yaşadır. Geyimin üzərində muncuq, təbii daşlarla bitki və çiçək motivləri işlənmişdir. Zərli və muncuqlu işləmələr – qədim zərgərlik sənətini yaşatmaq üçün bu geyimdə çox yer almışdır. Təbii ipək və pastel rənglər bu geyimi daşıyan hər bir xanımın incəliyini vurğulayacaqdır.
Bu dizayn milli irsi müasir dəbdə yaşatmaq məqsədini daşıyır.
