Yaxası, çiyinləri və ətəyindəki detallarda klassik Azərbaycan tikmə üslubundan istifadə olunub

 “Qarabağ” milli geyim kolleksiyasından olan bu geyimin naxışları əsasən şaxələnən floral motivlərdən və milli ornament elementlərindən ibarətdir. Yaxası, çiyinləri və ətəyindəki detallarda klassik Azərbaycan tikmə üslubundan istifadə olunub. Xüsusilə, bükülmüş budaqları xatırladan naxışlar və mirvari, muncuq, təbii daşlarla işlənmiş bəzəklər geyimə zəriflik qatır. Kəmər və baş örtüyü üzərindəki naxışlar isə geyimin ümumi harmoniyasını tamamlayır.