Antropomorf ornamentlər

Antropomorf ornamentlərə Azərbaycan incəsənətində Qobustan, Gəmiqaya rəsmlərində, o cümlədən bədii keramikada da rast gəlinir. Bu rəsmlərdə ən çox insan – kişi və qadın rəsmlərinə rast gəlinir. Həmçinin bitkin sujetlərə təsadüf edilir. Məsələn, Qobustan qaya rəsmlərində magiya, ov, kollektiv rəqs kimi rəsmlərə rast gəlmək mümkündür. Qobustan sakinlərinin dənizlə əlaqəsi də xüsusi maraq kəsb edir. Onların təsvirlərində gəmi və gəminin önündə günəş rəsmi olan fotolar əks olunur. Gəmi rəsmləri bir daha sübut edir ki Qobustan sakinləri dənizdən istifadə edib orada özləri üçün balıq tutublar və bundan başqa onlar öz həyatlarında rəqs, musiqi kimi mərasimlərdən də istifadə ediblər. Azərbaycan arxeoloqlarının əsərlərində Qobustanda əl-ələ tutub rəqs edən qadın və kişi rəsmləri sübut edir ki, yallı rəqsinin ilk nümunələri Qobustanda mövcud olmuşdur.

Müxtəlif sujetli böyük həcmli keramik qabların üzərindəki antropomorf insan rəsmlərinə istər Naxçıvan arxeoloji qazıntılarında, istərsə də Azərbaycanın eradan qabaqkı əldə edilən küplərində təsadüf olunur. Onların üzərində kifayət qədər təsərrüfat işləri ilə məşğul olan insan rəsmlərinə rast gəlinir. İnsan rəsmlərində qeyd edilən inkişaf etmiş, təkər, at, araba bir daha sübut edir ki, Azərbaycanın qədim sakinləri təkcə ovçuluqla deyil, əkinçiliklə də məşğul olmuşlar.
“Umay ana” – “Umay” adı bu günə qədər Azərbaycan və türk xalqları qadınlarına, qızlarına verilən bir addır. Qədim lüğətlərdə (Şəmsəddin Sami, II cild) “Umay”ın quş olması haqqında yazılır. O, cənnət quşu, dövlət quşu hesab edirlər. Yunanlar onun adına Feniks və ya Huma deyə müraciət edirlər. Bu ad Orxon kitabələrində də təsadüf edilməkdədir. Məlum olduğu kimi, Bilgə Xaqan öz anasını “Umay”a bənzətmişdir. Rodlov və Melioranski vermiş olduğu təsnifata əsasən “Umay”ın İlahə demək olduğunu, özünün də hamilə, zahı qadınlar hamisi olduğunu deyirlər.




