
Məlum olduğu kimi, incəsənətin ayrı-ayrı dövlətlərdəki əsas istiqamət və üslublarını öyrənərkən bir qayda olaraq, rəngkarlıq, heykəltəraşlıq və memarlığa üstünlük verilir.

Dövrün dəsti-xətti
İrsimizin izi ilə
Ornamentlər
Başqa sözlə, ornament müxtəlif dövrlərin tarixini, fəlsəfəsini, dinini, etnoqrafiyasını, ədəbiyyatını öyrənmək üçün bir açardır.
Aksesuarlar
Bu bölümdə "Rəsm" brendinin təsisçisi və dizayneri Rəsminə Qürbətovanın kolleksiyalarına müraciət olunub.
Geyimlər
Bu bölümdə "Cizgi" brendinin yaradıcısı dizayner Gülnarə Xəlilovanın kolleksiyalarına müraciət olunub
Xalçalar
Bu bölümdə xalçaçı rəssamlar E. Hacıyev, E. Rəsulova və F. Hacıyevanın xalça nümunələrinə müraciət olunub.
Ritmik elementlərdən ibarət bəzək və naxış
Ornament tariximiz
Məlum olduğu kimi, incəsənətin ayrı-ayrı dövlətlərdəki əsas istiqamət və üslublarını öyrənərkən bir qayda olaraq,
rəngkarlıq, heykəltəraşlıq və memarlığa üstünlük verilir. Lakin, yuxarıda adı çəkilən sənət növləri, eyni zamanda
bizi əhatə edən və həyatımızda mühüm rol oynayan dekorativ sənətin bu və ya digər növlərində ornament sənətinin çox
böyük əhəmiyyəti var.
Ornament tarixin mərhələlərini, hər əsrin simasını, onun bədii dilini əks etdirmək funksiyasını daha dəqiq yerinə yetirir.
Ornament babalarımızdan bizə miras olaraq qalmış bir salnamədir, və yaxud işarələrlə yazılmış informasiyadır.

Başqa sözlə, ornament müxtəlif dövrlərin tarixini, fəlsəfəsini, dinini,
etnoqrafiyasını, ədəbiyyatını öyrənmək üçün bir açardır. Hətta dünya
sənətşünasları ona “dövrün dəsti-xətti” adını da veriblər. Buna görə də,
ornament sənətinin öyrənilməsi təkcə estetik cəhətdən əhəmiyyət kəsb etmir,
ornament eyni zamanda öz məğzində olan “mənəvi informasiya daşıyıcısı” rolunu oynayır.
Dünya xalqlarının mədəniyyətini öyrənərkən bir çox xalqların maddi mədəniyyətlərində eyni
mənanı kəsb edən oxşar ornamentlərə təsadüf edirik ki, bu da müxtəlif sivilizasiyaların oxşar
dünyagörüşündən xəbər verir.
İrsimizdən Naxışlara
Kəşf edilərək gələnlər
Rəssam Sultan Məhəmməd.
Ərdəbil, 1549 Sankt-Peterburq Dövlət Kitabxanası